Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza

Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza
19:17 26 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Bernli"nin yarımmüdafiəçisi Co Barton ağır diskvalifikasiyaya məruz qalıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü il yarım yaşıl meydanlara ayaq basa bilməyəcək.

Belə ki, İngiltərə Futbol Federasiyası mərc oyunlarına proqnoz verdiyi üçün 35 yaşlı futbolçunun 18 ay yaşıl meydanlardan kənarlaşdırılmasına qərar verib.
 
Barton özü də günahını boynuna alıb və karyerasını bitirəcəyini istisna etməyib: "2004-cü ildən bəri 15 mindən çox oyuna orta hesabla 150 funt-sterlinq pul qoyuluşu etmişəm. Gizləyəcəyim bir şey yoxdu. Verilən bu qərar məni erkən təqaüdə aparır".
 
Qeyd edək ki, Co Barton karyerası ərzində "Mançester Siti", "Nyukasl", "Kuinz Park Reyncers", "Marsel", "Reyncers" və "Bernli" klublarının formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR