Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI

Azərbaycanın ən yaxşı məktəbləri - SİYAHI
19:57 26 Aprel 2017
294 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda attestat qiymətləri əla olan abituriyentlərin 1,71 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 58,70 %-dir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12 saylı buraxılışında öz əksini tapıb.

Hesabatda həmçinin, respublika üzrə keçən il üçün yaxşı məktəblərin siyahısı da açıqlanıb. 

Belə ki, həmin məktəblərin sırasına keçən il şəhərin 287 saylı "Zəkalar" liseyi, 160 saylı klassik gimnaziya, 291 saylı "Ekologiya" liseyi, Texniki humanitar lisey, Məktəb-lisey Kompleksi, 82 saylı tam orta məktəb, 62, 70, 72, 83, 220, 261, 264 və 304 saylı məktəb-liseylər, 1, 3, 7, 12, 23, 27, 33, 54, 60, 82, 98, 116, 129, 141, 144, 171, 189-190, 207, 249, 254, 263, 278, 282, 283, 294, 308, 311, 313, 317, 318, 328 və Ümid qəsəbəsi 194 saylı tam orta məktəblər daxil olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR