Cücə pulunun üstündə tanışını bıçaqladı

Cücə pulunun üstündə tanışını bıçaqladı
17:57 7 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda cücə pulunun üstündə iki tanışdan biri digərini bıçaqlayaraq xəstəxanalıq edib
 
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Cəlilabad şəhərində qeydə alınıb. Belə ki, Cəlilabad şəhər sakini, 26 yaşlı Mansur Vəliyev bir neçə gün bundan öncə tanışı, 23 yaşlı Bəyazit Ağayevə satdığı toyuq-cücənin pulunu istəyib. Elə hər şey də bundan sonra baş verib.

Bəyazit Ağayev Mansur Vəliyevin baş nahiyəsindən taxta parçası ilə vurub, sonra isə bədəninin müxtəlif hissəsinə bir neçə dəfə bıçaq zərbəsi endirib. Özü isə hadisə yerindən qaçaraq gizlənib. Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunaraq həkim nəzarətinə götürülüb.
 
Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, Bəyazit Ağayevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR