Aparıcı Nurlana: "Kişilərin sevgi mesajlarını oxumuram" - FOTO

Aparıcı Nurlana: "Kişilərin sevgi mesajlarını oxumuram" - FOTO
21:37 26 Aprel 2017
189 Şou
Ölkə mətbuatı
A- A+

Həmişə üzdə olmasına baxmayaraq xaraktercə utancaqdır. Cox cazibədardır, amma iri planda olmağı heç xoşlamır.

Bu, aparıcı Nurlana Cəfərovadır. İç dünyasını bölüşməyi sevməyən Nurlana bizə bir sirrini də açdı. Sən demə...

Milli.Az aparıcının Yeniçağ.az-a müsahibəsini təqdim edir.

- Həm aparıcı, həm də aktrisa kimi özünü sınadın, hər iki sahədə uğur qazanmağa necə nail oldun?

- Hər hansı bir işi ürəklə görəndə və bir az da istedad olanda, ortaya nəsə yaxşı iş çıxa bilir.

- Aktrisa kimi fəaliyyətini davam edəcəksən?

- İki serialda çəkilmişəm, hazırda Mədəniyyət kanalında gündəlik veriliş aparıram. Hələ ki, çəkilişlərə vaxtım yoxdur, təkliflərə razılıq verə bilmirəm.

- Azərbaycanlı aktyorlardan hansı biri ilə tərəf-müqabili olmaq istərdin?

- Bu barədə düşünməmişəm. Çox istərdim ki, dramatik bir obrazda rol alım. Çünki artıq özümü komik obrazda sınadım.

- Xasiyyətcə necə birisən?

- Çox sentimental.

- Onda demə ki, şeir yazmırsan...

- II sinifdən şeir yazıram. Düzdür, kitab-filan çıxartmamışam, amma Allahın izni ilə daha başqa planım var.

- Çox utancaq təsir bağışlayırsan?

- Baxmayaraq ki, 11 ildir televiziya və radio sahəsində çalışıram, həmişə iri planlardan qaçıram. Rejissor məni iri planda göstərəndə utancaqlığımı gizlədə bilmirəm. Redaktorum deyir ki, niyə belə edirsən, bir dəfə də kameraya rahat bax. Povilyonda özümü monitorda, iri planda görəndə narahat oluram.

- Xilas olmaq istədiyin hansısa xüsusiyyətin var?

- Əslində, indiyə kimi müsbət və mənfi xüsusiyyətlərimlə birgə yaşamışam və ətrafıma ziyan vurmamışamsa, deməli, məni narahat edən ciddi problemim yoxdur.

- Ən müsbət xüsusiyyətin nədir bəs?

- Bu baxımdan özüm haqqında nəsə deyə bilmərəm. Bunu yaxınlarım və dostlarımdan soruşun.

- Gözəlliyinlə öyünürsən?

- Özümü gözəl hesab etmirəm. Bu, təvazökarlıqdan irəli gəlmir, həqiqətən belədir. Mənə elə gəlir ki, adi, normal azərbaycanlı qızıyam.

- Səncə şarmın nədədir?

- Yəqin daha çox ünsiyyətcil, rahat olmağımda və anamın dediyinə görə gülümsəməyimdə.

- Bədnəzərdən qorxursan?

- O qədər də inanmıram, amma bəzi hadisələr olub ki, onu da bədnəzərə yox, təsadüfi hadisələrə bağlamışam. Çünki inanclara, əlamətlərə nə qədər çox inansaq, o qədər başımıza pis hadisələr gələr.

- Hansı insanlardan qaçırsan?

- Ünsiyyətə qapalı və bir qədər qara fikirli insanlardan.

- Anan geyiminə nəzarət edir?

- Məsləhət verməyi sevir. Amma o bilir ki, geyimlərimdə çərçivədən kənara çıxmıram, amma bəzi hallarda mübahisəli məqamlarımız da olur. Bu da zövqlərimizin tam fərqli olmasına görədir.

- Qarderobda ən bahalı paltarının qiymətini açıqlayardın.

- Ən bahalı olan ayaqqabımdır: 2 min 100 manat. Əslində adi şeylər geyinirəm. Təki hansısa geyim xoşuma gəlsin, alıram, qiyməti önəmli deyil. O ayaqqabını da çox bəyənmişdim deyə, fürsət düşən kimi aldım.

- Sosial şəbəkədə paylaşımların az olur, niyə?

- Sosial şəbəkədə varam, çünki zamanın tələbidir. Amma hər şeyi paylaşmıram.

- Xoşuna gəlməyən rəylərə reaksiyan necə olur?

- Açığı, hər hansı mənfi rəylərlə nadir hallarda rastlaşıram. Mən neytrallığı sevirəm.

- Sevgi mesajları olur?

- Hamısını oxumuram, çünki elə şeylərə çox da fikir vermirəm. Xanımlardan aldığım səmimi mesajları bacardığım qədər cavablandırıram.

- Haqqında yayılan söz-söhbətlərə reaksiyan necə olur bəs?

- Çox neqativ şayiə ilə rastlaşmamışam. Olsa da düşünürəm ki, bizdə danışılır və növbəti gün hər şey unudulur.

- İkinci dəfə ailə qurmaq barədə düşünürsən?

- Şəxsi münasibətlərə hazır deyiləm. Həyatımın bu anında bütün diqqətim, enerjim və gücüm karyerama yönəlib.

- Əks-cinsin xarici görünüşü sənin üçün önəmlidir?

- Yox, sağlam psixologiyası olan, anlayışlı adam olması bəs edir.

- Azərbaycanda və xaricdə ən çox bəyəndiyin aparıcılar kimlərdir?

- Azərbaycanda sevdiyim, hörmət bəslədiyim aparıcılar çoxdur. Çünki Azərbaycan televiziyasının diktorluq məktəbi yetəri qədər güclüdür. Bu peşəni seçən hər bir kəs əminəm ki, oradan nəyisə öyrənib. Xarici aparıcılardan isə ən çox sevdiyim Oprah Winfrey-di.

- Səviyyəsiz aparıcılar görəndə hansı hissləri keçirirsən?

- Əlbəttə, qarşında duran insanın düzgün peşə seçmədiyi aşkar duyulanda insanda bəzi suallar yaranır. Amma təbiətcə elə bir insanam ki, heç bir vaxt heç kimi qınamıram. Hər kəs istədiyi kimi xoşbəxt olsun.

- Səncə, aparıcı hansı keyfiyyətlərə malik olmalıdır?

- İntellektli və səmimi olmalıdır. Daim mütaliə etməlidir. Kitabı öz nitqini, daxili dünyasını zənginləşdirmək üçün oxumalıdır, vaxt öldürmək üçün yox.

- Səncə, izləyicilərin hansı xüsusiyyətinə görə səni sevir?

- Mən heç kimin yerinə danışmağı xoşlamıram. Onu yalnız tamaşaçılar seçir: sevsin ya yox?

- Planda yeni nə var ?

- Yenilik "İdman Azərbaycan" kanalında futbol haqqında "Mərc Meydanı" verilişinin aparıcısı olmağımdır. Bu layihədə tək deyiləm, həmkarlarım Siyavuş Əliyev və Teymur Əliyev ilə hər cümə, saat 19:00-da futbol həvəskarlarına maraqlı bir veriliş təqdim edirik .

- Futbol ilə çoxdan maraqlanırsan?

- 2008-2010-cu illərdə İngiltərənin "Çelsi" futbol klubunun oyunlarına baxırdım. Daha sonra 2010-cu ildən Real Madrid futbol klubunun azarkeşinə çevrildim. Hətta ötən il böyük arzularımdan birinə çatdım. Madriddə Real Madridin futbol meydançası "Santiago Bernabeu"-da canlı olaraq futbol oyununu seyr etdim. Bu izah olunmaz hisslərdir.

- Ən böyük arzun və hədəfin nədir?

- İnsana arzular daim lazımdır. Arzu olmasa həyatın mənası olmaz. Əlbəttə, məqsədlərim, hədəflərim və arzularım çoxdur.

Bu an üçün ən böyük istəyim tezliklə, üzərində çoxdan işlədiyim poetik-romanı üzə çıxartmaqdır. Gündəlik efir, tədbirlər, digər işlərim həqiqətən bu işimi ləngidib. Amma inanıram ki, ən uzağı 1 ilə bu kitabım işıq üzü görəcək. Orada oxucular həm romanımı, həm də şeirlərimi oxuya biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR