Fatimə ACIQ VERDİ: "Bəzi arvadlar kimi ərimi saxlamıram"

Fatimə ACIQ VERDİ: "Bəzi arvadlar kimi ərimi saxlamıram"
22:05 26 Aprel 2017
436 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Fatimə əziyyətlə pul qazanmasından danışıb.

Milli.Az bildirir ki, Yeniçağ.az-a açıqlama verən rəqqasə həyat yoldaşından çox pul qazandığını, amma bunu heç vaxt onun üzünə vurmadığını da etiraf edib:

"İş xanımıyam, biznesim var, çoxları deyir ki, yəqin Fatiməni kimsə saxlayır, bizneslə məşğul olması üçün yer də alıb verib. Daha demirlər ki, balaca canıyla Fatimə özü-özünə iş qurub. Gecə-gündüz əziyyət çəkib, zülümlə pul qazanmışam. Həyat yoldaşım dövlətin məvacibinə baxır, mən isə iş qadını olduğum üçün daha çox pul qazanıram. Amma nolsun, bunu üzünə vurmuram. Əl-ələ verib, bir-birimizə dəstək oluruq. Elə qadınlar var ki, ərlərinə pul xərcləyir. Yaxşı ki bəzi arvadlar kimi ərimi saxlamıram".

Qeyd edək ki, Fatimə ikinci dəfə ailə qurub. İkinci evliliyindən bir oğlu da var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR