Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

Azərbaycanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib
22:42 26 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Astara şəhərinin Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri idarəetməni itirərək yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub.
 
Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib.
 
Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb araşdırma gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/539076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR