Hollandiya Futbol İttifaqı milliyə baş məşqçi axtarışlarını davam etdirir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda "Al Jazira" klubunu çalışdıran Henk ten Kate "narıncılar"ın baş məşqçisi olmaqdan imtina edib. 62 yaşlı mütəxəsis millinin texniki direktoru Hans van Brekelenlə görüşdə qərarını açıqlayıb. Danni Blindin istefasından sonra Hollandiya millisinə müvəqqəti olaraq Fred Qrim rəhbərlik edir.
Milli.Az