"Tigres" və Fransa millisinin üzvü Andre-Pyer Jinyak son müsahibəsində maraqlı açıqlama ilə yadda qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı forvard PSG klubundan nifrətini ifadə edib.
"Mən yalnız PSG-yə nifrət edirəm. Ölsəm də, ora keçmərəm. Onlar aldığım məvacbin 10 qatını təklif etsələr belə, müsbət cavab almazlar. Təsəvvür etməzsiniz, PSG "Barselona"dan 6-cı qolu buraxanda necə qışqırmışdım. Elə sevinirdim ki, həyat yoldaşım qorxmuşdu".
Jinyak karyerası ərzində "Lorient", "Toulouse" və "Marseille" klublarında da çıxış edib.
Milli.Az