"Barselona" "Osasuna"nı darmadağın etdi -

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, "Barselona" "Osasuna"nı qəbul edib.

Oyun gözlənildiyi kimi, ev sahiblərinin üstünlüyü şəraitində keçib. 12-ci dəqiqədə Lionel Messi hesabı açıb. Çox keçmədən Andre Qomeş fərqi artırıb.

İkinci hissə başlar-başlamaz "Osasuna" Torresin vurduğu qolla ümidlənib. Lakin "Barselona" qalan dəqiqələr ərzində daha 5 dəfə qonaqların qapısına yol tapa bilib. Messi, Qomeş və Alkaser dubllarını rəsmiləşdiriblər, penaltini dəqiq yerinə yetirən Maskerano isə katalan klubunun heyətində ilk qolunu vurub.

Beləliklə, "Barselona" "Osasuna"nı 7:1 hesabı ilə darmadağın edib.

İspaniya La Liqası

34-cü tur

"Barselona" - "Osasuna" - 7:1

Qollar: Messi, 12; 61, Qomeş, 30; 57, Alkaser, 64; 86, Maskerano, 67 (pen.) - Torres, 48

Xallarının sayını 78-ə çatdıran "Barselona" liderliyini davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR