"Konteyə dedim ki..."

"Konteyə dedim ki..."
23:37 26 Aprel 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin sahibi Aurelio De Laurentis "beIN Sports" kanalının canlı efirində komandası barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı funksioner ilk öncə baş məşqçi və oyunçuları ilə bağlı fikirlərini bölüşüb.

"Heç bir şübhə yoxdur ki, Maurisio Sarri ilə yola davam edəcəyik. Müqavilədə göstərilən 8 milyon avro təzminat növbəti mövsümdən aktivləşəcək. Bu məbləğ mənə az görünür.

"Chelsea" Kalidu Kulibaliyə görə 55 milyon avro təklif edirdi. Amma Konteyə dedim ki, Kalidunu buraxa bilmərəm. Əvvəlcə ona layiqli əvəzləyici tapmalıyam. Mertens? Məncə, Dris "Napoli"də qalmaq istəyir. Amma onun həyat yoldaşından soruşmaq lazımdır. Mertens onunla birlikdə burda qalmaq üçün razılığa gəlsə, onu bağrımıza basacağıq".

De Laurentis Qonzalo Hiquainin "Napoili"yə qol vurandan sonra etdiyi jestə də münasibət bildirib.

"Düşünə bilərsiniz ki, qol vurandan sonra barmağı ilə məni işarə etməklə azarkeşlər qarşısında özünü doğrultdu. Heç vaxt düşmən tərəfə keçib səni sevənləri məyus etmək olmaz. Bu günahdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR