Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi
23:42 26 Aprel 2017
167 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünən moda dünyasında önəmli hadisə baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, fransız markası "Louis Vuitton" başqa bir dünya brendi "Christian Dior"u 13,2 milyard dollara satın alıb. Beləliklə, fransız milyarder Bernard Arnauit "Christian Dior"unda sahibi olaraq moda dünyasındakı yeirni genişləndirib.

Qeyd edək ki, K.Dior 1946-cı ildə iş adamı Marsel Bouzakın dəstəyi ilə öz markasını qurmuşdu. Qısa zamanda parfüm, saat və aksesuar kimi fərqli sahələrdə məhsullar hazırlayan moda evi qızıl dövrünü yaşayır. 1957-ci ildə Diorun vəfatından sonra şirkət zəifləməyə başlayır. Hissələrinin böyük bir qismini müxtəlif şirkətlərə satan "Dior"un yeni səhmdarlarından biri də "Louis Vuitton" idi. 1980-ci ildə brendin 74 faizini alan marka dünən 26 faizini də özünə qatıb.

"Dior"un indiki sahibi Sidney Toledano bildirib ki, bu satış heç kimin işinə təsir etməyəcək. "Dior" öz üslubunu qoruyub saxlayacaq və məhsullarını təqdim edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/539016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR