"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"
23:47 26 Aprel 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya Primerasında qızışan çempionluq mübarizəsi barədə fikir bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis əsas rəqibləri "Real"ın xal itkilərinə inandığına işarə vurub.

"Bizim məqsədimiz qalan oyunlarda qalib gəlməkdir. Çempionluq mübarizəsində hansı komandanın favorit olduğunu deyə bilmərəm. Rəqibin ehtiyatda bir oyunu var və bizi qabaqlaya bilərlər. Oyun təqvimi hər iki komanda üçün ağırdır. Əminəm ki, İspaniya çempionatında sürpriz nəticələr olacaq. Uğursuzluğa uğrayan klubun "Barsa" olmayacağına ümid edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR