Lənkəranda baş verən ağır yol qəzasında ölənlərdən birinin kimliyi məlum olub.
Bu, Lənkəran rayonu Gərmətük qəsəbə sakini 1991-ci il təvəllüdlü Şükürov Anar Şükür oğludur.
A.Şükürovun “Mercedes”-də olduğu deyilir. Hadisə nəticəsində ölən digər şəxsin kimliyi müəyyənləşdirilir. (APA)
***
00:40
Lənkəranda baş verən ağır qəzada yaralıların kimliyi məlum olub.
”Lada Priora”nın sürücüsü və sərnişinləri, Lənkəranın Gərmətük qəsəbə sakinləri, 1993-cü il təvəllüdlü Məcidov Mustafa Məcid oğlu,1994-cü il təvəllüdlü Ağayev Vuqar, Mikayıl oğlu və 1991-ci il təvəllüdlü Rüstəmov Mahir Mayis oğludur.
Onlardan ikisinin vəziyyətinin orta ağır olduğu bildirilir. (APA)
***
00:11
Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb.
Lənkəranın Velədi kəndi ərazisində “Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.
Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. (APA)
***
22:55
Lənkəranda ağır yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.