Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb
00:22 27 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın Kalininqrad şəhərində terror qruplaşmasının üzvləri saxlanılıb.
"Report"un məlumatına görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xəbər verib.
Xəbərdə bildirilir ki, "İslami cihad - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvü Federal Təhlükəsizlik Xidmətinin Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının Kalininqrad vilayəti İdarəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı tərəfindən saxlanılıb. Saxlanılanların Orta Asiya respublikalarından olduğu, onların beynəlxalq terrorçu təşkilatlar üçün üzv toplama fəaliyyəti ilə məşğul olduqları bildirilir.
Terror qrupunun rəhbəri Özbəkistan və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, Kalininqrad vilayətinin Mərkəzi Asiyadan olan sakinlərini beynəlxalq terror təşkilatı "İslami cihad - mücahidlər camaatı" üçün toplayıb.
Hazırda cinayətkar beynəlxalq terrorçu təşkilatların fəaliyyətində öz qohumlarının iştirakı barədə ifadələr verir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiyada-terror-qruplasmasinin-12-uzvu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR