Suriyada qətliam davam edir:

Suriyanın paytaxtı Dəməşq və daha bir neçə şəhər atəşə tutulub.

Metbuat.az bildirir ki, silahlı qruplaşma üzvləri ilk olaraq Dəməşqin Əbu-Ruman məntəqəsinə raket mərmisi atıblar. Nəticədə 1 qadın dünyasını dəyişib.

"Cəbhət ən-Nüsrə" terror qruplaşmasının üzvlərinin Karman və Əl-Baası atəşə tutması nəticəsində isə ümumilikdə 3 qadın vəfat edib, daha bir neçə nəfər yaralıdır.

Ölülərin sayının artacağı istisna edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR