Limonla tonqal qaladı - FOTO/VİDEO

Limonla tonqal qaladı - FOTO/VİDEO
01:03 27 Aprel 2017
163 Digər
Ölkə mətbuatı
A- A+

Bir gənc əlinə aldığı bir ədəd limon, 6 mis, 6 sink mismar, bir parça məftil və polad materialın köməyi ilə limondan atəş çıxarmağa çalışıb.

Rusiyalı gənc eksperimentdə mis və sink arasında reaksiya yaradaraq elektrik yaranmasını təmin etməyə çalışıb.

Publika.az xəbər verir ki, əvvəlcə mismarları limona batıran gənc daha sonra müsbət və mənfi qütbləri iki tel vasitəsilə birləşdirib. Bununla o, limonun təxminən 5 voltluk elektrik istehsal edəcəyini deyib.

Eksperimentin nəticəsini yoxlamaq üçün o əvvəlcə tualet kağızını daha sonra quru yarpağı yandırmağa cəhd edərək tonqal qalamağa nail olub.

Həmin görüntüləri sizə təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR