Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov may ayında keçirilməsi planlaşdırılan Astana danışıqları ilə bağlı maraqlı açıqlama verib.
Metbuat.az-ın məlumatına görə, Boqdanov Suriya müxalifətinin danışıqlarda iştirak etməməsinin təsirsiz ötüşəcəyini bildirib:
"Astana danışıqları qarşıdurmaların bitməsini hədəfləyir. Suriya müxalifəti danışıqlarda iştirak etməsə belə, biz işimizi davam etdirəcəyik.
İndiki vəziyyətdə Suriya müxalifəti adına müharibənin dayandırılmasına zəmanət verən Türkiyə ortaqları müxalifətlə məsələni müzakirə etməlidirlər".