Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb
01:47 27 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ PSJ klubu futbol üzrə yarımfinal matçında "Monako"nu darmadağın edərək Fransa Kubokunun finalına çıxıb.
"Report"un məlumatına görə, Parisdə baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt klubunun heyətində Yulian Draksler, Edinson Kavani, Blez Matyudi və Markinos fərqləniblər. Bundan əlavə, qonaqlar da bir dəfə öz qapılarına top vurublar.
Beləliklə, PSJ böyük hesabla turnirin finalına çıxıb. Komandanın növbəti qarşılaşmada rəqibi "Anje" olacaq.
Fransa kuboku. 1/2 final
"PSJ" (Paris) "Monako" (Monako) 5:0

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fransa-kuboku-psj-monako-nu-darmadagin-ederek-finala-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR