"Real" 3 xalı darmadağınla qazandı

İspaniya La Liqasında 34-cü turun görüşləri keçirilir.

Metbuat.az-ın məlumatına görə, "Real" "Deportivo"nun qonağı olub. Matçın 1-ci dəqiqəsində Morata fərqlənib. Çox keçmədən Xames Rodriges fərqi artırıb. Birinci hissənin sonuna qədər daha iki qol vurulub. Komandalar hərəyə bir dəfər fərqləniblər.

İkinci hissə də Madrid klubunun üstünlüyü şəraitində keçib. Rodriges, İsko və Kazemironun qollarına "Deportivo" Xoselu ilə cavab verib. Beləliklə, rəqibini 6:2 hesabı ilə məğlub edən "Real" xallarının sayını "Barselona" ilə eyniləşdirərək liderliyə yenidən ortaq olub.

Qeyd edək ki, kral klubu "Barselona"dan 1 oyun az keçirib.

İspaniya La Liqası

34-cü tur

"Deportivo" - "Real" - 2:6

Qollar: Andone, 35, Xoselu, 84 - Morata, 1, Rodrigers, 14; 66, Lukas, 44, İsko, 77, Kazemiro, 87


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR