İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib
02:27 27 Aprel 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ İspaniya La Liqasında XXXIV turun oyunları keçirilib.
"Report" xəbər verir ki, ötən həftə "Barselona"ya məğlub olmuş "Real" "Deportivo"nun qonağı olub.
Turun ən maraqlı oyunlarından sayılan qarşılaşma qonaqların 2:6 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərini təmsil edən Florin Andonenin və Joselunun dəqiq zərbələrinə qonaqlardan Alvaro Morata, Xames, İsko, Kazemiro və dublla Xames cavab verib.
Hazırda paytaxt klubu İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. O, bir sıra göstəricilərinə görə "Barcelona"dan geri qalır. Bu baxımdan madridlilərin hələ 1 ehtiyat oyunu var. "Deportivo" isə 16-cı pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-la-liqasi-real-deportivo-nu-boyuk-hesabla-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR