Qoç - Miranda və Arielin münasibətləri uğurlu
gün vəd edir. Başladığınız işlərdə qətiyyətli, eyni zamanda
ehtiyatlı və soyuqqanlı olsanız, uğur əldə edə bilərsiniz. Xüsusi
diqqət və qayğı tələb edən sahələrdən diqqəti əsirgəməyin.
Tələsməyin, işlərdə və ətrafınızdakı mühitdə qayda yaradın.
Əməllərinizdə estetik komponent olsun.
Təmasları elə seçin ki, sizi gərməsin və narahat etməsin.
Həyatınızda baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan
hadisələrin məğzini anlamağa çalışın. Onlar nəyisə dəyişir.
Mümkün problemlərin heç olmasa bəzilərini əvvəlcədən duymağı
bacarın və o problemləri rüşeym halında çözün.
Buğa - Fobos və Saturnun münasibətləri bu gün
nəyisə tələsdirməyinizi istəmir. Hadisələri çətinləşdirməyin,
durumu mürəkkəbləşdirməyin. Müəyyən mərhələnin başa çatması,
münasibətlərdə və işdə yeni səviyyəyə keçməyin zərurəti hissi
yarana bilər.
Emosiyalar xoş olmayacaq, amma yeniliklər mütləq gərəkdir.
Maraqlarınız və tələblərinizi təmin etməyə çalışın.
Qəm yeməyin, kimsə gələr, kimsə də gedər. Yer heç zaman boş qalan
deyil.
Gələcəklə bağlı ümumi planlarınızın olduğu və ya təcrübəyə malik
insanla yazışmaqda, söhbətdə xeyir var.
Əkizlər - Kallisto və Himaliyanın münasibətləri
maliyyə məsələlərində diqqətli davranmağınızı istəyir. Öhdəliklərlə
yanaşı, etik normaları da pozmayın. Bütün işlərin arxasınca düşüb
mümkün qədər çox çalışmağa cəhd göstərməyin.
Əsas işləri mütləq şəkildə fasiləsiz nəzarətdə saxlayın. Gələcəkdə
hansısa işin öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi anlayanda
yardım edilməsini istəyirsinizsə, yaxın ətrafınızdakı insanların
problemlərinin həllində iştirak edin, onlara dəstək verin.
Səhhətinizə fikir verin. İmkan varsa, yaxşı qidalanın, açıq havada
gəzintiyə çıxın.
Gün ərzində alınan informasiya və məlumatları axşam saatlarında
müzakirə edin.
Xərçəng - Pluton və Deymosun münasibətləri cari
işlərə diqqəti maksimum dərəcədə artırmağı tələb edir. Maneələrlə
sədləri aradan qaldıraraq yaxın ətrafınızdakı insanlara başa salın
ki, sizə mane olmasınlar. Mühüm informasiyanın alınması
mümkündür.
Faydalı ideyalar istisna deyil.
İşgüzar əməkdaşlıqda yeniliklər, problemlərin uğurlu həlli,
suallara tam cavabların alınması mümkündür. Şərait perspektivlərin
müzakirə ediləcəyi toplantı üçün müvafiqdir.
Yaşamınıza köklü dəyişikliklər etməyin. Bu gün aramla, təmkinlə,
alınan xəbərləri və yaxın ətrafınızdakı insanların reaksiyaları ilə
münasibətlərini dəyərləndirərək davranmaq gərəkdir.
Şir - Himaliya və Avropanın münasibətləri bu gün
işlərin həcmi ilə ağırlığını artıracaq. Yeni planlar və istəklər
var.
Lakin sizi nə isə geri çəkir, həyata keçməyən və reallaşmayan
arzularla ümidləri yada salır. Pərişan edən informasiya ala
bilərsiniz. Harayasa getmək, problemləri həll etmək, çətin
vəziyyətdən çıxış yolu aramaq ehtiyacı yaranıb.
Başqasının problemlərini həll etməzdən əvvəl öz işlərinizi bitirin.
Səhhətinizə fikir verin. Fiziki iş, ev işi, axşam saatlarında
gəzinti faydalıdır.
Qız - Erida və Yupiterin münasibətləri yeniliklər
olmayan rutin gün vəd edir. Diqqəti bir mövzuda, bir işdə
cəmləşdirin. Günün ikinci yarısı işgüzar görüşlər və danışıqlar
üçün faydalıdır.
Rəhbərlik və ya tərəfdaşla yeni ideyanı müzakirə etmək, köhnə
planlarla ideyaları nəzərdən keçirmək olar. Sizdən asılı olmayan
səbəblərdən yarımçıq qalan işləri və ya layihəni başa vurmağa
çalışın.
Qarşılıqlı mənfəət vəd edən yeni əməkdaşlığa başlamaq vaxtıdır.
Lakin ehtiyatlı olun, çünki enerjiniz ikinci dərəcəli məsələlərin
həllinə yönələ bilər. Həmin məsələlər emosional baxımdan cazibədar
olsa da, yetərli potensiala malik deyil.
Tərəzi - Haumea və Plutonun münasibətləri bu gün
bütün diqqəti işə və cari məsələlərin həllinə yönəltməyi tələb
edir.
Yaxşı gəlir verəcək işlə məşğul olmaq vaxtı çatıb. Mövcud şərtlər
sizi qıcıqlandıracaq. Rəqiblərin əməllərinə fikir verməyin,
tərəfdaş və ya həmkarlarla fəaliyyətinizin nizamlanmasına
çalışın.
Şəxsi münasibətləri qulaqardına vurmayın, işi yaşam absolyutuna
çevirməyin.
Bununla belə, fəaliyyətinizin mənfəətinin azalmasına rəvac verə
biləcək addımlar atmayın.
Əqrəb - Serera və Neptunun münasibətləri bəzi
şərtlərin məcrası ilə batinini bu gün izhar edəcək. Yeni
məlumatlarla informasiyalar həyatınızdakı bəzi dəyərlərlə bağlı
düşünməyə vadar edəcək. Yeni planların reallaşdırılması üçün daha
çox məkan və vaxta ehtiyacınız var.
Planlarınız geniş miqyaslıdır, yeni imkanlar vəd edir.
Bir qədər tək qalın, strateji məqsədləri düşünün, işin məqsədi və
münasibətlərin mənalarını təhlil edin. Gün ünsiyyət, qəfil görüş və
həllər vəd edir.
Əgər hansısa söhbətə ehtiyac duyursunuzsa, əlverişli mühit
yaradın.
Köhnə problemlərin qəfil, gözlənilməz, orijinal həll yolları peyda
ola bilər.
Oxatan - Makemake və Yupiterin münasibətləri
ətalətli gün vəd edir. Emosional baxımdan kasad gün olsa da, iş
qabiliyyəti və ambisiyalar güclənir.
İş sistemli yanaşma tələb edir. Maliyyə məsələlərinin həlli, yeni
əməkdaşlıq formalarının axtarışı, fəaliyyətin optimallaşdırılması
üçün əlverişli vaxtdır. Məqsədlərinizi konkretləşdirin, hədəflərə
çatmaq üçün aktivləşin.
Kollektiv qərarlar məqsədə doğru hərəkəti sürətləndirə bilər və
bunun üçün ambisiyalarınızdan keçməyin. Bütün təsir rıçaqlarına
malik deyilsinizsə, proseslərə nəzarət etməyə çalışmayın.
Şəxsi münasibətlərdə təşəbbüskar olun, yeni yollar arayın.
Sevdiyiniz insan sizdən xoş sözlər gözləyir.
Oğlaq - Lisiteya və Uranın münasibətləri
gərginliyin aradan qalxmasını vəd edir. Problemlər çətinləşir,
situasiya isə inkişaf və transformasiya istəyir. Ambisiyalarınız
arta bilər.
Vurnuxmaya çox fikir verməyin. Yalnız perspektivdə gərəyiniz ola
biləcək informasiyaya fikir verin.
Mənasız hay-küy, aktivlik az olmaycaq. Lakin məlumatları və gələn
informasiyaları süzgəcdən keçirməklə onların arasında dəyərli nə
isə aşkarlaya bilərsiniz. Həyatınızı çətinləşdirən məqamlarınızdan
bəhrələnməyə çalışın.
Axşam saatlarında rahatlıqla dincəlin.
Dolça - Pluton və Marsın münasibətləri bir qədər
gərgin gün vəd edir. Lakin tələsməyin, işlərin hamısını eyni vaxtda
görməyə çalışmayın. Bir qədər fasilə edin.
İşdə münasibətlərin gərginləşməsi, düşünülməmiş qiymətləndirmələr,
ifrat məsuliyyət mümkündür.
Emosiya və qüvvənizi çətin işin həllinə yönəldin. Məlumat axtarın
və araşdırın, maraqlarınızın əhatə etdiyi müstəvi və məkanı təhlil
edin.
Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən yerindən
tərpənə bilər.
Çalışın, zəhmətiniz nəticəsiz qalmayacaq.
Balıqlar - Venera və İonun münasibətləri uğurlu
gün vəd edir. Yaşam məkanınızı artıracaq, gəlirlərinizi çoxalda
biləcək işlərlə məşğul olun.
Planlaşdırdığınız işlərə hazırlaşmaq, təmir və rekonstruksiya da
əlverişlidir.
Yaxın ətrafınızdakı insanların yardım çağırışlarına laqeyd
qalmayın, onların duyğu və hisslərini düşünün. Tələsməyin. İşləri
təmkinlə görün. Ünsiyyətdə də səbirli olun.
Milli.Az