Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb
03:22 27 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Nigeriya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Delta ştatında neft oğurluğunda şübhəli bilinən 10 nəfəri saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" hərbi idarənin nümayəndəsinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, şübhəli şəxslər çərşənbə axşamı səhər tezdən Forkados çayında "Shell Petroleum and Development Company" şirkətinə məxsus gəmiyə neft doldurarkən hərbçilər tərəfindən saxlanılıblar.
Onların arasında iki ukraynalı, bir nigeriyalı, iki pakistanlı, üç qanalı, habelə digər ölkələrin vətəndaşları var. Nigeriya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi İbrahim Devu bildirib ki, saxlanılanlar "Shell Petroleum" platformasından təxminən 2 milyon metrik ton neft çıxarıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-10-nefer-neft-ogurlugunda-subheli-bilinerek-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR