ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək
04:37 27 Aprel 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ KXDR-i nüvə proqramından çəkindirmək üçün bu ölkəyə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
"Report" "CNBC"ə istinadən xəbər verir ki, bununla bağlı Pentaqon rəhbəri Ceyms Mettisin, dövlət katibi Reks Tillersonun və Milli Kəşfiyyatın direktoru Den Koutsun birgə bəyanatlarında bildirilir.
Sənəddə qeyd olunur ki, ABŞ prezidentinin Şimali Koreyaya təzyiqlərin gücləndirməsi Pxenyanın nüvə və raket proqramlarından imtina etməsi məqsədi daşıyır. Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqləri və regional tərəfdaşları ilə birlikdə diplomatik tədbirlərdən istifadə etməklə, həmçinin iqtisadi sanksiyaları artırmaqla Pxenyanı raket və nüvə proqramlarından daşındırmaq niyyətindədir.
Vaşinqton bu mənada KXDR-i dialoqa qaytarmağa çalışır.
Qeyd edək ki, bundan əvvəl Pxenyan ABŞ-ın siyasıtinə qarşı qabaqlayıcı hücumu istisna etməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-kxdr-e-qarsi-sanksiyalari-sertlesdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR