XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"
06:32 27 Aprel 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Britaniyanın xarici işlər naziri Boris Conson rəsmi Londonun Krımın Rusiyaya birləşdirilməsi ilə razılaşmadığını bildirib.
"Report"un məlumatına görə, bu barədə "Sky News" xəbər verib.
«Biz Avropanın bütün ölkələrinin ərazi bütövlüyündə və suverenliyində israrlıyıq, həmçinin Krımın Rusiyaya qeyri-qanuni ilhaq edilməsini qəbul etməkdən imtina edirik" - deyə Britaniyanın xarici işlər naziri öz fikirlərini ifadə edib.
Conson həmçinin vurğulayıb ki, London ABŞ-ın Suriyada rəsmi Dəməşq tərəfindən kimyəvi silahdan istifadə edilməsinə qarşı hərəkətlərini dəstəkləməkdə davam edir.
Britaniyanın xarici işlər naziri bundan əvvəl isə Moskvanı İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan qərb koalisiyasına qoşulmağa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/xi-n-rehberi-biz-krimi-rusiya-erazisi-kimi-tanimaqdan-imtina-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR