ABŞ-da polisi öldürdülər

ABŞ-da polisi öldürdülər
07:43 27 Aprel 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma baş verib.

Publika.az "RİA Novsoti"yə istinadən xəbər verir ki, "Wawa" ticarət mərkəzinin yaxınlığında baş verən atışmada 1 polis əməkdaşı yaralanıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ştatın polis nümayəndəsi Nataniel Makkuin bildirib ki, həlak olan polis əməkdaşı mağazaların birinin yaxınlığında dayanacaqda duran maşına yaxınlaşıb və sərnişinlərdən biri avtomobildən çıxaraq ona atəş açmağa başlayıb. Atəş açan şəxs cinayət yerindən qaçıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR