Bakıda “Lada” maneəyə çırpıldı: Sürücü yaralandı

Bakıda “Lada” maneəyə çırpıldı: Sürücü yaralandı
07:44 27 Aprel 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:49-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR