Bakıda "Lada” avtomobili maneəyə çırpılıb, xəsarət alan var

Bakıda "Lada” avtomobili maneəyə çırpılıb, xəsarət alan var
07:52 27 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda "Lada” avtomobili maneəyə çırpılıb.
"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Nazirliyin məlumatına görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 05:49-da başa çatıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-lada-avtomobili-maneeye-cirpilib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR