Saçdan min dəfə nazik borucuq yaradılıb

Saçdan min dəfə nazik borucuq yaradılıb
08:05 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

ABŞ alimləri insan saçından min dəfə nazik karbon nanoborucuq yaradıblar. Texnologiya bəşəriyyət üçün böyük addım hesab olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, çox nazik olan nanoborucuqlar misdən təxminən 50 dəfə möhkəmdir. Həmçinin, onlar elektrikkeçirmə qabiliyyətinə malikdir və müxtəlif mexanizmlərdə istifadə oluna bilər.

Ümumilikdə nanoborucuqlar elastiklik səviyyəsinə görə müasir analoqlarını xeyli üstələyir. Bununla əlaqədar olaraq yeni yaradılan borucuqdan aviasiya, maşınqayırma, kosmonavtika və digər qabaqcıl texnologiyalarda istifadə mümkündür.

Ekspertlər diqqəti əldə olunan kəşfin elektronikadan istifadə üçün xərcləri azaltmağa və materialların möhkəmlik səviyyəsini artırmağa kömək edəcəyinə yönəldiblər. Strukturun möhkəmliyi layihənin həyata keçirilməsi zamanı mühüm amillərdən biridir.

Metoddan ilk istifadə bu ilin sonunda gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR