“30 il sonra robotlar yüksək vəzifələr tutacaq” - Cek Ma

“30 il sonra robotlar yüksək vəzifələr tutacaq” - Cek Ma
08:17 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"İnternetin və yüksək texnologiyaların iqtisadiyyata artan təsiri nəticəsində insanlıq onillər boyu əzab çəkə bilər".  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Alibaba Group"un təsisçisi Cek Ma Çin Sahibkarlar Klubunun toplantısında çıxış edərkən deyib.
 
"Yaxın 30 ildə dünya ağrı-acı ilə daha çox üzləşəcək", - deyə çinli milyarder söyləyib. O bildirib ki, insanların iş yerlərini robotlar tutacaq və onlar hətta rəhbər vəzifələrə də gələ bilər: "30 il sonra "Time" jurnalı üz qabığında ən yaxşı CEO qismində robotun fotosunu yerləşdirə bilər. Robot sizdən yaxşı sayır, sizdən yaxşı xatırlayır və rəqiblərlə mübahisə etmir".
 
C. Manın fikrincə, avtomatlaşma prosesinin zərbələrini yumşaltmaq üçün təhsil sistemində islahat apararaq robotlarla qarşılıqlı fəaliyyət önə çıxmalıdır. Onun sözlərinə görə, robotlar insanları tam əvəz etməməlidir, onlar yalnız insanların bacara bilmədiklərini həyata keçirməlidir: "Yalnız bu yolla maşınların insanların əvəzləyicisi deyil, tərəfdaşı kimi qalmasına nail olmaq mümkündür. 15 il əvvəl mən 200-300 dəfə demişdim ki, internet bütün sahələrə təsir edəcək, lakin heç kim mənə qulaq asmırdı, çünki mən heç kim idim".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR