Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb
08:17 27 Aprel 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kalininqrad vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "İslam cihadı - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvünü saxlayıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Özbəkistanda ekstremist yönümlü cinayətlərə görə axtarışda olan qruplaşmanın yerli özəyinin başçısı da saxlanılanlar arasındadır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Kalininqrad vilayətinin sakinlərini, o cümlədən Orta Asiyadan olan insanları terror qruplaşmasına cəlb edirdi.

Yaxın zamanda saxlanılanları gəldikləri ölkəyə göndərmək planlaşdırılır. Orada onları terrorçuluğa görə mühakimə edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR