Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib

Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib
08:32 27 Aprel 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov may ayında Vladimir Putin və Donald Tramp arasında ilk görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu görüşün may ayında keçirilə bilməsi və ona hazırlıqların görülməsi barədə suala cavab olaraq Peskov deyib ki: "Hələ heç nə yoxdur".

Qeyd edək ki, bundan əvvəl "Kommersant" qəzeti iki ölkənin dövlət strukturlarındakı mənbələrə istinadən may ayının sonunda Avropa ölkələrindən birində Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR