Tramp tvitini 3 saata tamamladı

Tramp tvitini 3 saata tamamladı
08:37 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində ABŞ-Meksika sərhədində divar tikintisi ilə bağlı iki tvit yazıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iki tvit arasında 3 saat vaxt fərqi olub.
 
"Divar - ölkəmizə narkotik axınının və gənclərimizin (və bir çoxlarının) zəhərlənməsinin qarşısını almaqda çox vacib alətdir. Əgər..." - deyə Tramp Bakı vaxtı ilə saat 16:28-də yazıb.
 
Təxminən üç saatdan sonra isə ABŞ prezidenti tvitini belə tamamlayıb: "...divar çəkilməsə (amma mütləq çəkiləcək), narkotiklərlə bağlı vəziyyət heç vaxt dəyişməyəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR