ABŞ-da atışma: polis əməkdaşı ölüb - YENİLƏNİB - FOTO

ABŞ-da atışma: polis əməkdaşı ölüb - YENİLƏNİB - FOTO
08:37 27 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

08:33

ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma nəticəsində yaralanan polis həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ştatın polis nümayəndəsi Nataniel Makkuin bildirib ki, həlak olan polis əməkdaşı mağazaların birinin yaxınlığında dayanacaqda duran maşına yaxınlaşıb və sərnişinlərdən biri avtomobildən çıxaraq ona atəş açmağa başlayıb. Atəş açan şəxs cinayət yerindən qaçıb, sərnişin isə saxlanılıb.

Atışma nəticəsində yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılıb, lakin aldığı xəsarətlərdən dünyasını dəyişib. "Bu ştat və polisin ailəsi üçün çox kədərli bir gündür", - Makkuin deyib.

01:31

ABŞ-ın Bear şəhərində (Delaver ştatı) atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 1 polis əməkdaşı yaralanıb.

Xəbərdə deyilir ki, atışma "Wawa" ticarət mərkəzinin yaxınlığında baş verib. Polis əməkdaşı xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat verilmir. Cinayətkar gizlənə bilib, onun axtarışı aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR