HTC virtual reallıq peyki buraxacaq

HTC virtual reallıq peyki buraxacaq
08:42 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Virtual reallıq texnologiyalarının populyarlaşmasına baxmayaraq, hələ ki, bu texnologiya  kifayət qədər bahalı və müəyyən çatışmazlıqlara malikdir, amma müəyyən vaxtdan sonra sözügedən natamamlıqlar aradan qaldırılacaq və virtual reallıq texnologiyalarının qiyməti əlçatan olacaq. Bununla belə Tayvanın "HTC" şirkəti tərəfindən tarixdə ilk dəfə yerətrafı orbitə buraxılması planlaşdırılan virtual reallıq peyki virtual reallıq qarniturunun köməyi ilə planet sakinlərinə özlərini kosmosda hiss etmək imkan verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, beynəlxalq "VR for Impact" müsabiqəsi çərçivəsində təklif edilmiş bir neçə layihə arasından "SpaceVR" layihəsi seçilib. "HTC"-nin direktorları  iştirakçıların təkliflərini diqqətlə araşdırıblar və ən maraqlı layihələri seçiblər. "SpaceVR" peyki tamaşaçılara özlərini planetin orbitində hiss etməyə imkan verən ilk aparat olacaq.

"SpaceVR" peyki cari ildə "SpaceX" raketdaşıyıcısının köməyi ilə kosmosa buraxılacaq. Orbitə çıxarılan peyk tərəfindən başlanılacaq yayımı ya 360 dərəcəlik görünüşə malik 2D çarx şəklində, ya da virtual reallıq qarniturlarının köməyi ilə izləmək mümkün olacaq. Beləliklə, istənilən şəxs özünü sanki açıq kosmosda hiss etmək imkanına malik olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/538601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR