"Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır" - Ərdoğan

"Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır" - Ərdoğan
08:47 27 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Uşaqların aclıqdan öldüyü planetdə rahatlıq və sülh ola bilməz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somali prezidenti Məhəmməd Abdulla Fermacu ilə görüşündən sonra deyib.

Ərdoğanın sözlərinə görə, Somalidə terrorçuluqla mübarizə sahəsində ciddi problemlər var.

"Bu Afrika ölkəsinin güclü orduya və peşəkar inkişaf etmiş hüquq-mühafizə strukturlarına ehtiyacı var. Somaliyə kadrlar lazımdır", - Ərdoğan deyib.

Türkiyə prezidenti qeyd edib ki, Türkiyə Somali xalqını bundan sonra da dəstəkləməyə hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR