Bakıda şadlıq evində toyda dava düşdü - FOTOLAR

Bakıda şadlıq evində toyda dava düşdü - FOTOLAR
08:53 27 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda fəaliyyət göstərən "Şəlalə" şadlıq sarayında qeydə alınıb.

Belə ki, şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/196630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR