Tramp: "Assanjın həbsinin əleyhinə deyiləm"

Tramp: "Assanjın həbsinin əleyhinə deyiləm"
08:57 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp "WikiLeaks" saytının qurucusu Culian Assanjın həbsinin əleyhinə olmadığını bəyan edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ötən il "WikiLeaks"ə rəğbətini dilə gətirən Tramp "Associated Press"ə fərqli açıqlama verib.
 
"Mən bu işdə iştirak etmirəm. Ancaq baş prokuror Ceff Seşns Assanjın həbsini istəyirsə, mən bunun əleyhinə deyiləm" - deyə prezident bildirib.
 
Qeyd edək ki, ABŞ-ın baş prokuroru Ceff Seşns Culian Assanjın həbsinin Ədliyyə Nazirliyinin prioriteti olduğunu söyləyib. Assanj ABŞ-da kibercasusluqda və dövlət əhəmiyyətli informasiyaların oğurlanmasında şübhəli bilinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR