"Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik" - Boris Conson

"Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik" - Boris Conson
09:05 27 Aprel 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniyanın xarici işlər naziri Boris Conson rəsmi Londonun Krımın Rusiyaya birləşdirilməsi ilə razılaşmadığını bildirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Sky News" xəbər verib.
"Biz Avropanın bütün ölkələrinin ərazi bütövlüyündə və suverenliyində israrlıyıq, həmçinin Krımın Rusiyaya qeyri-qanuni ilhaq edilməsini qəbul etməkdən imtina edirik" - deyə Britaniyanın xarici işlər naziri öz fikirlərini ifadə edib.
Conson həmçinin vurğulayıb ki, London ABŞ-ın Suriyada rəsmi Dəməşq tərəfindən kimyəvi silahdan istifadə edilməsinə qarşı hərəkətlərini dəstəkləməkdə davam edir.
Britaniyanın xarici işlər naziri bundan əvvəl isə Moskvanı İŞİD terror qruplaşmasına qarşı mübarizə aparan qərb koalisiyasına qoşulmağa çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/539101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR