"Fənərbağça" əzmkarlıqla şansını qorudu

"Fənərbağça" əzmkarlıqla şansını qorudu
09:12 27 Aprel 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk oyununda "Başakşəhər" "Fənərbağça"nı qəbul edib.

Meydan sahibləri ilk hissədə Cengiz Ünderin qollarıyla 2:0 hesabıyla önə keçsə də, bu üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib.
 
"Sarı bülbüllər" əvvəlcə 13-cü dəqiqədə Ozan Tufanın qoluyla hesab arasındakı fərqi azaldıb. 61-ci dəqiqədə isə Robin Van Persi tarazlığı bərpa edib - 2:2.
 
Matç bu hesabla da başa çatıb. İki komanda arasındakı cavab oyunu mayın 17-də keçiriləcək.
 
Qeyd edək ki, digər yarımfinal oyununda "Kasımpaşa" "Konyaspor"la qarşılaşacaq.
 
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
26 aprel
 
"Başakşəhər" - "Fənərbağça" - 2:2
Qollar: Cengiz Ünder, 8, 11 - Ozan Tufan, 13, Van Persi, 61

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR