Sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasında dəyişiklik edilib

Sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasında dəyişiklik edilib
09:27 27 Aprel 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edib.
"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədə daşıyıcının vəzifəsi artırılıb. Bundan sonra daşıyıcılar sərnişin daşımalarını yerinə yetirərkən, bilet və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək, sərnişinlərin biletsiz, yaxud ödəniş aləti ilə ödəniş etmədən aparılmasına, baqajın biletsiz daşınmasına yol verməmək, hərəkət cədvəlində nəzərdə tutulmuş başlanğıc, son və aralıq məntəqələrində gəlmə və çıxma haqqında qeydlər aparacaqlar. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/sernisin-dasimalarina-dasiyicilarin-celb-olunmasina-dair-musabiqenin-kecirilmesi-qaydasinda-deyisik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR