7 il sonra vurulan 100-cü qol

7 il sonra vurulan 100-cü qol
09:27 27 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

La Liqanın 34-cü turunda "Osasuna" ilə qarşılaşan "Barselona" rəqibini darmadağın edib - 7:1.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, katalonlar bununla da bu mövsüm Primeroda 101-ci qolunu vurmuş olub.

Luis Enrikenin komandası Avropa ölkələrinin çempionatları arasında 100 qol həddini keçən ilk kollektiv olub.
 
"Barselona"nın bumövsümkü 100-cü qoluna Xavier Maskerano imza atıb. O, 67-ci dəqiqədə penalti zərbəsi ilə rəqib qapıçını məyus edib.
 
Maraqlıdı ki, 7 ildir komandada çıxış edən argentinalı "Barsa" forması ilə ilk dəfə fərqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR