"Azercell" abunəçilərinə xəbərdarlıq edib

"Azercell" abunəçilərinə xəbərdarlıq edib
09:32 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” MMC bəzi xidmətlərində problemlərin yaranacağı ilə bağlı müştərilərinə xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, abunəçilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə aprelin 28-də şirkətdə təkmilləşdirmə işləri aparılacaq.
Bununla əlaqədar olaraq, qeyd edilən tarixdə gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-abunecilerine-xeberdarliq-edib-09

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR