Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı

Metroda həyəcanlı anlar - Qatar tuneldə qaldı
09:42 27 Aprel 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda qatar tuneldə qalıb, sərnişinlər həyəcanlı anlar yaşayıblar.

Milli.Az xəbər verir ki, bu gün səhər saat 9:15-də "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə hərəkət edən qatar "28 May" və "Sahil" stansiyaları arasında olarkən tuneldə dayanıb. Sərnişinlər qatarın yenidən hərəkətə gəlməsini düz 7 dəqiqə gözləməli olublar.

Qatarın dayanmasının bu qədər uzun çəkməsi bəzi sərnişinləri həyəcana salıb. Maşinist səsgücləndirici ilə sərnişinləri sakitləşdirib, qorxulu heç bir hadisənin olmadığını desə də, qatarın dayanma səbəbini açıqlamayıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR