"Tanrı" - "Təşəkkürlər, Leo" - FOTO

"Tanrı" - "Təşəkkürlər, Leo" - FOTO
09:47 27 Aprel 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə İspaniya La Liqasında XXXIV turun ilk görüşləri keçirilib.

"Real Madrid"lə eyni xala malik katalon təmsilçisi "Barselona" doğma divarlar arasında "Osasuna"nı qəbul edib.

Öncəki tur Santiaqo-Bernabeoda futbol tamaşası göstərən "Barselona"nın argentinalı ulduzu Lionel Messinin şərəfinə katalon azarkeşlər xüsusi şüarlar səsləndirib, "Təşəkkürlər Leo - 500" yazılmış nəhəng pankart açıblar. "Barselona" fanatları Messinin nömrəsini əks etdirən formaların ad hissəsinə "Tanrı" yazılarını qeyd ediblər.

Avropanın ən böyük stadionu dünən "Barselona"nın timsalında növbəti futbol şousunun şahidi olub. Katalonların doğma azarkeşlər önündə 7:1-lik qələbəsində Messi yenə pay sahibi olub. Komandasının 7 qolundan ikisinə argentinalı ulduz imza atıb.

Azarkeşlərin Messiyə olan sonsuz sevgisini əks etdirən həmin maraqlı görüntüləri təqdim edirik:

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR