Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb
09:57 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Bakı metrosunda "Dərnəgül-Həzi Aslanov" xətti üzrə qatarların hərəkətində ləngimə müşahidə edilib. Qatarların ləngiməsi "28 May" stansiyasında baş verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a bildirib ki, qeyd edilən xətt üzrə hərəkət edən 24 saylı qatar nasaz olub.
"Dərnəgül-Həzi Aslanov" istiqamətində hərəkət edən qatar platformada 10 dəqiqədən çox hərəkətsiz dayanıb. Qatar metronun "28 May" stansiyasında olarkən problem yaranıb. Qatarda nasazlıq olduğundan, arxadan gələn qatarların hərəktində gecikmələr olub. Lakin hazırda hərəkət bərpa edilib", - deyə N.Paşayev əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-metrosunda-qatarlarin-hereketinde-lengime-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR