"Azərsu" yeni inzibati binasının tikintisinin tamamlanması üçün tender keçirir

"Azərsu" yeni inzibati binasının tikintisinin tamamlanması üçün tender keçirir
09:57 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ “Azərsu” ASC dövlət büdcəsi vəsaiti hesabına yeni inzibati binasının tikintisi layihəsinin tamamlanması işlərinin icrasının satın alınması məqsədilə açıq tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 1 min manat məbləğində iştirak haqqı ödəməlidir.
İştirakçılar tələb olunan sənədləri iyunun 1-i saat 18:00-a, tender təkliflərini isə iyunun 8-i saat 18:00-dək “Azərsu”ya (Bakı, Moskva prospekti, 67) təqdim etməlidirlər.
İddiaçıların təklifləri iyunun 9-da (saat 15:00-da) açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-yeni-inzibati-binasinin-tikintisinin-tamamlanmasi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR