Azərbaycan bank sektorunun xalis mənfəəti müəyyənləşib

Azərbaycan bank sektorunun xalis mənfəəti müəyyənləşib
10:22 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Bu ilin birinci rübündə Azərbaycan bank sektorunun xalis mənfəəti 127 211,32 min manat təşkil edib. Mənfəətlə işləyən bankların xalis mənfəəti 173 304,5 min manat, zərərlə işləyən bankların xalis zərəri isə 46 093,18 min manat olub. Qeyd edək ki, birinci rübü ölkədə fəaliyyət göstərən 32 bankdan 21-i mənfəətlə, 11-i zərərlə yekunlaşdırıb.
"Report"un analitik qrupu bu barədə bankların rüblük maliyyə hesabatlarına istinadən xəbər verir.
Mənfəətlə işləyən bankların mənfəətinin 52%-i və ya 90 mln. manatı Azərbaycan Beynəlxalq Bankının payına düşüb. Qeyd edək ki, ABB maliyyə göstəriciləri ilə bağlı hesabatları hələ ki ictimaiyyətə açıqlamayıb, mənfəəti isə bankın yaydığı məlumatda qeyd edilib.
Xatırladaq ki, bankların bəzilərinin birinci rübü zərərlə yekunlaşdırması onların aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları artırması nəticəsində olub.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata əsasən, cari ilin yanvar-fevral ayları ərzində bank sektorunun xalis mənfəəti 50,0 mln. manat olub.
Banklar Xalis zərər (min manat) 1 Accessbank 21 837,00 2 Bank of Baku 11 643,00 3 Demirbank 7 258,42 4 AG Bank 1 807,45 5 Turanbank 1 199,00 6 BTB 1 144,00 7 Bank Respublika 492,00 8 Unibank 333,56 9 Bank VTB Azerbaijan 261,09 10 NBC 80,50 11 Pakistan Milli Bank-Baku 37,16 CƏMİ 46 093,18                            

Banklar                                      Xalis mənfəət (min manat)  1 IBAR 90 000,00 2 Kapital Bank 30 792,63 3 PASHA Bank 23 946,00 4 Bank Eurasia 7 360,40 5 Gunaybank 3 049,53 6 Expressbank 2 636,00 7 Silk Way Bank 2 035,17 8 YapiKredi Bank Azerbaijan 2 018,00 9 ASB 1 567,41 10 Amrahbank 1 450,29 11 Ziraat Bank Azerbaijan 1 337,86 12 Nakhchivanbank 1 219,68 13 Atabank 1 177,84 14 Azer-Turk Bank 1 064,55 15 AFB Bank 875,70 16 Caspian Development Bank 652,72 17 Xalq Bank 598,23 18 Muganbank 515,18 19 Rabitabank 450,00 20 Bank Melli Iran-Baku 329,89 21 Nikoil Bank 227,41 CƏMİ 173 304,50

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-bank-sektorunun-xalis-menfeeti-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR