DİQQƏT! Alında qırışları olanların bu orqanı düzgün işləmir

Qaraciyər bədənimizdə ən önəmli orqanlardan biridir. Əgər o düzgün işləməsə, əks təsirləri özünü mütləq büruzə verəcək.

Metbuat.az xəbər verir ki, alın bölgəsində meydana gələn qırışlar qaraciyərinizin düzgün işləmədiyini göstərə bilər. Alındakı qırışlar nə qədər dərindirsə, qaraciyərdəki problem də o qədər ciddi olur.

Bir çox insanın üz və yanaq qismində, əllərində qəhvəyi ləkələr olur. Bu ləkələr sadəcə Günəş yanığı təsiri ilə əmələ gəlməz. Qaraciyərdəki problemlər tünd qəhvəyi rəngli ləkələr yaradır. Bu ləkələr xüsusilə, yanaq və əl bölgəsindədirsə, öd kisəsi və mədəaltı vəzində yaranan problemlərlə əlaqədar ola bilər.

Mütəxəssislər deyir ki, dişlərinizi fırçaladığınızda qanama və diş ətlərində şişkinlik olursa, bu vəziyyət qaraciyərdə və boğazda iltihablanmanı göstərir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR