Lənkəranda iki uşaq atası intihar edib

Lənkəranda iki uşaq atası intihar edib
10:42 27 Aprel 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 27 aprel. REPORT.AZ/ Lənkəran rayonunda 38 yaşlı kişi özünü asıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, intihar hadisəsi rayonun Şirinsu kəndində baş verib. 
belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Caniyev Qurban Əliheydər oğlu gecə satlarında yaşadığı evdə özünü asaraq intihar edib. Ailə üzvləri səhər oyanarkən hadisədən xəbər tutublar. Balıqçılıqla məşğul olan, iki uşaq atası Q.Caniyevin hər hansı probleminin olmadığı deyilir. İntiharın səbəbi hələlik məlum deyil. 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-iki-usaq-atasi-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR