Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək

Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək
10:52 27 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasında mayın 2-də görkəmli tarzən, xalq artisti Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan qala-konsert keçiriləcək.
Bu barədə "Report"a xalq artistinin oğlu Əyyub Quliyev məlumat verib.
Onun sözlərinə görə, konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının təşkilati dəstəyi ilə baş tutacaq.
Tədbirdə Azərbaycanın tanınmış ifaçıları, kollektivləri və musiqi xadimlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, professor R.Quliyev 1947-ci ilin aprelin 30-da Ağdamda anadan olub. 2007-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə R.Quliyev musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni və 2014-ci ilin may ayında isə Dövlət Mükafatı ilə təltif olunub.
Bu il onun həm də pedaqoji fəaliyyətinin 50 ili tamam olur. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/ramiz-quliyevin-70-illik-yubileyine-hesr-olunan-konsert-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR